Azərbaycanlı sənətkarların əsəri Vatikan səfirliyinin fasadını bəzəyəcək

Azərbaycanlı sənətkarların əsəri Vatikan səfirliyinin fasadını bəzəyəcək Azərbaycansənətkarlarının hazırladığı əsər Vatikanın Ukraynadakı səfirliyinin binasının fasadını bəzəyəcək.
Mədəniyyət siyasəti
28 Avqust , 2020 13:37
Azərbaycanlı sənətkarların əsəri Vatikan səfirliyinin fasadını bəzəyəcək
0 : 00
0 : 00

Azərbaycan sənətkarlarının hazırladığı əsər Vatikanın Ukraynadakı səfirliyinin binasının fasadını bəzəyəcək.

Bu barədə "Report"un Şimal-qərb bürosuna gənc şəbəkə ustası İlqar Rəsulzadə məlumat verib.  

Onun sözlərinə görə, artıq Avropaya göndəriləcək şəbəkə hazır vəziyyətə gətirilib. Hündürlüyü 6 m, eni isə 1,5 m olan şəbəkə 8 hissədən ibarətdir. Şəbəkənin hazırlanmasında 6 000 şüşə və taxta parçalarından istifadə olunub, milli ornamentlər işlənib.

İ.Rəsulzadə əsəri atası məşhur şəbəkə ustası Tofiq Rəsulovla birgə hazırladığını da söyləyib.

Qeyd edək ki, hazırlanan işlərin Ukraynaya göndərilməsi üçün müvafiq sənədlər hazırlanır. Şəki sənətkarlarının əl işlərinin təhlükəsiz şəkildə ünvana çatdırılması üçün Vatikan dövləti xüsusi olaraq yük maşını sifariş edib. Kiyev şəhərinə şəbəkəni quraşdırmaq üçün şəbəkə ustası Tofiq Rəsulov başda olmaqla üç nəfər sənətkar yola düşəcək.

Son xəbərlər

Orphus sistemi