Azərbaycanlı musiqiçilər Qətərdə illik musiqi festivalında çıxış edəcəklər

Azərbaycanlı musiqiçilər Qətərdə illik musiqi festivalında çıxış edəcəklər Festivalda bir sıra ölkələrdən 80-dən çox musiqiçi qatılacaq
Mədəniyyət siyasəti
2 Aprel , 2018 10:22
Azərbaycanlı musiqiçilər Qətərdə illik musiqi festivalında çıxış edəcəklər
Gulf-Times

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycanlı musiqiçilər aprelin 5-8-də Qətərdə keçiriləcək ikinci illik Ud Festivalında iştirak edəcəklər.

Bu barədə "Report" "Gulf-Times"a istinadən xəbər verir.

Festivala bir sıra ölkələrdən 80-dən çox musiqiçi, o cümlədən 6 qrup və 18 solo ifaçı qatılacaq. Belə ki, tədbirdə Küveyt, İspaniya, Türkiyə, Azərbaycan, İran, İndoneziya, Malayziya, İraq, Yaponiya, Yunanıstan, Oman, Mərakeş, Suriya və Tunis təmsil olunacaq.

Festival mədəniyyət, fəlsəfə və musiqinin inkişafına mühüm töhfələr vermiş məşhur İslam filosofu Əbu Nəsr əl-Fərabiyə ("İkinci Müəllim") həsr ediləcək.

Festivalın aprelin 5-də keçiriləcək açılış mərasimində Əl-Fərabi haqqında film nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi