Azərbaycanlı ifaçılar Moskvada Rusiya-Türkiyə dostluq konsertində iştirak ediblər

Azərbaycanlı ifaçılar Moskvada Rusiya-Türkiyə dostluq konsertində iştirak ediblər Konsert Moskva Millətlər Evində keçirilib
Mədəniyyət siyasəti
18 Dekabr , 2017 15:35
Azərbaycanlı ifaçılar Moskvada Rusiya-Türkiyə dostluq konsertində iştirak ediblər
Report

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycanlı ifaçılar Moskvada Rusiya-Türkiyə dostluq konsertində iştirak ediblər.

"Report"un Rusiya bürosunun məlumatına görə, ilk dəfə təşkil olunan belə konsert Moskva Millətlər Evində keçirilib.

Konsertdə səhnəyə türkiyəli ifaçılardan savayı, Moskvadakı türkdilli diasporların - Azərbaycan, Özbəkistan və Qırğızıstanın nümayəndələri, eləcə də yerli yaradıcı qruplar çıxıblar. Azərbaycanı konsertdə müğənni İlona Yankovskaya və "Milli studiya" rəqs qrupu təmsil edib.

Rusiyadakı Türkiyə diasporunun lideri Yusuf Şen konsertin təşkilinə dəstək verdiklərinə görə türkdilli diasporlara təşəkkür edib.

Tədbirdə çıxış edən Rusiya İctimai Palatasının üzvü Sergey Markov Rusiya-Türkiyə münasibətlərinin normallaşmasından danışıb və bu cür tədbirlərin xalqların dostluğunu möhkəmləndirmək üçün vacib olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi