Azərbaycanın gənc dirijoru Budapeştdə keçirilən müsabiqənin qalibi olub

Azərbaycanın gənc dirijoru Budapeştdə keçirilən müsabiqənin qalibi olub Orxan Həşimov müsabiqədə Fransa və Niderlanddan olan gənc rejissorları arxada qoyub
Mədəniyyət siyasəti
1 Dekabr , 2015 15:48
Azərbaycanın gənc dirijoru Budapeştdə keçirilən müsabiqənin qalibi olub

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanın gənc dirijoru Orxan Həşimov tanınmış macar-amerikan bəstəkarı və dirijoru Antal Dorati adına beynəlxalq dirijorluq müsabiqəsinin qalibi olub.

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, noyabrın 23-dən 28-nə qədər Budapeştdə keçirilən müsabiqənin münsiflər heyəti dünyanın müxtəlif ölkələrindən gələn 30 ifaçının musiqi duyumunu və dirijorluq məharətini qiymətləndiriblər.

O.Həşimov müsabiqədə Fransa və Niderlanddan olan gənc rejissorları arxada qoyub.

Müsabiqənin qalibinə diplom və pul mükafatı təqdim edilib. O.Həşimov həmçinin 2016-2017-ci ildə Avropanın bir sıra şəhərlərində Macarıstan Simfonik Orkestri ilə konsert proqramlarıyla çıxış etmək üçün dəvət alıb. 

Son xəbərlər

Orphus sistemi