Azərbaycanın əməkdar artisti Bişkekdə klassik musiqi festivalında iştirak edir

Azərbaycanın əməkdar artisti Bişkekdə klassik musiqi festivalında iştirak edir Festivala həmçinin Avropa İttifaqı ölkələrindən, Qazaxıstan, Rusiya, ABŞ və Türkiyədən tanınmış musiqiçilər qatılıblar
Mədəniyyət siyasəti
29 İyun , 2017 15:50
Azərbaycanın əməkdar artisti Bişkekdə klassik musiqi festivalında iştirak edir

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, dirijor Əyyub Quliyev Bişkekdə "Tengri Music" klassik musiqi festivalında iştirak edir.

"Report" "Veçernıy Bişkek"ə istinadən xəbər verir ki, festivala həmçinin Avropa İttifaqı ölkələrindən, Qazaxıstan, Rusiya, ABŞ və Türkiyədən tanınmış musiqiçilər qatılıblar.

Festivalın qonaqları Cüzeppe Verdi, Spiros Murikis kimi bəstəkarların məşhur əsərlərini, eləcə də iştirakçı ölkələrin milli kompozisiyalarını dinləmək imkanı əldə ediblər.

Son xəbərlər

Orphus sistemi