Azərbaycanda Türkiyə Mədəniyyət Günlərinin proqramı açıqlanıb

Azərbaycanda Türkiyə Mədəniyyət Günlərinin proqramı açıqlanıb Tədbirlər estrada ulduzlarının konserti ilə başlayacaq və teatr tamaşası ilə bitəcək
Mədəniyyət siyasəti
19 Noyabr , 2014 15:25
Azərbaycanda Türkiyə Mədəniyyət Günlərinin proqramı açıqlanıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanda noyabr ayının 23-27-də keçiriləcək Türkiyə Mədəniyyət Günlərinin proqramı açıqlanıb.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirlər Heydər Əliyev adına Sarayda konsert proqramı ilə başlayacaq. Konsertdə Azərbaycan və Türkiyənin estrada ulduzları çıxış edəcəklər. Tamaşaçılara həmçinin milli rəqslər təqdim olunacaq. 

Bundan başqa, noyabr ayının 24-27-də Bakı Muzey Mərkəzində türk ustalarının əl işləri nümunələrinin sərgisi və fotosərgi təşkil olunacaq. 

Noyabrın 25 və 26-da "Nizami" Kino Mərkəzində türk filmləri nümayiş etdiriləcək. Tədbirlər noyabrın 27-də Akademik Milli Dram Teatrında tamaşa ilə bitəcək. 

Qeyd edək ki, Azərbaycanda Türkiyə Mədəniyyət Günlərində iştirak etmək üçün Türkiyə mədəniyyət naziri Ömər Çelik Bakıya səfər edəcək.  

Son xəbərlər

Orphus sistemi