Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək

Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək Bakı. 20 avqust. REPORT.AZ/ Humanitar əməkdaşlıq Azərbaycanla əlaqələrimizin ən vacib hissəsidir. Xalqları və ölkələri humanitar əlaqələr kimi yaxınlaşdıran başqa bir şey yoxdur.
Mədəniyyət siyasəti
20 Avqust , 2018 13:23
Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ "Humanitar əməkdaşlıq Azərbaycanla əlaqələrimizin ən vacib hissəsidir. Xalqları və ölkələri humanitar əlaqələr kimi yaxınlaşdıran başqa bir şey yoxdur".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov avqustun 20-də keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan və Rusiyanın bu istiqamətdə işlədiyi formatların artıq müəyyənləşdirildiyini xatırladan diplomat gələcəkdə humanitar əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

O qeyd edib ki, sentyabr ayında Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək, noyabr ayında isə Azərbaycanda Rusiyanın teatr kollektivlərinin iştirak edəcəyi beynəlxalq teatr festivalının keçirilməsi planlaşdırılır: "Daha geniş planda danışsaq, təhsil məsələrinin daxil olduğu humanitar əməkdaşlıq üzrə yol xəritəmiz var".

Son xəbərlər

Orphus sistemi