Azərbaycanda Macarıstan Mədəniyyəti Günləri tədbirinin proqramı açıqlanıb

Azərbaycanda Macarıstan Mədəniyyəti Günləri tədbirinin proqramı açıqlanıb Tədbir macar rəssamın işlərinin sərgisi və Macarıstanın Dövlət Xalq Musiqi Orkestrinin konserti ilə başa çatacaq
Mədəniyyət siyasəti
10 Mart , 2017 11:39
Azərbaycanda Macarıstan Mədəniyyəti Günləri tədbirinin proqramı açıqlanıb

Bakı. 10 mart. REPORT.AZ/ Martın 16-17-də Bakıda keçiriləcək Macarıstan Mədəniyyət Günləri tədbirinin proqramı açıqlanıb.

Macarıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bununla əlaqədar bir sıra elmi və mədəni tədbirlər keçirilməsi planlaşdırılır.

Tədbirlərə martın 16-da İmre Madahın Azərbaycan dilində nəşr edilən "İnsan faciəsi" kitabının təqdimatı ilə başlanılacaq. Həmçinin eyniadlı filmin nümayişi olacaq, Macarıstan və Azərbaycan musiqisi arasında paralellər üzrə müzakirələr aparılacaq, macar musiqiçilər və rəqqasların konserti olacaq. Bundan əlavə, Macarıstan təamlarının dequstasiyası və moda nümayişi keçiriləcək.

Növbəti gündə türkoloqlar Bəkir Sıtkı Çobanzadə və Dyord Hazaya həsr olunmuş seminarlar keçiriləcək, Macarıstanda xalçaçılıq mövzusunda müzakirələr aparılacaq. Tədbir macar rəssam Ferents Eyzenhutun işlərinin sərgisi və Macarıstanın Dövlət Xalq Musiqi Orkestrinin konserti ilə başa çatacaq.

Tədbirlərin əksəriyyətinə giriş pulsuzdur.

Son xəbərlər

Orphus sistemi