Bakı. 1 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi, Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə III Beynəlxalq Şirniyyat və IV Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək.
Bu barədə "Report"a Milli Kulinariya Mərkəzindən məlumat verilib.
III Beynəlxalq Şirniyyat Festivalı ənənəvi olaraq Şəkidə, Mürəbbə Festivalı isə Qəbələdə təşkil ediləcək. III Beynəlxalq Şəki Şirniyyat Festivalı iyulun 20-də, Qəbələ Mürəbbə Festivalı isə avqustun 27-28-də keçiriləcək.
Hər iki beynəlxalq festivala ondan çox xarici ölkədən gəlmiş qonaq və iştirakçılar qatılacaqlar.