Azərbaycanda Amerika Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycanda Amerika Mədəniyyəti Günləri keçiriləcək Martın 10-dan Bakıda və regionlarda konsertlər, müsabiqələr və təqdimatlar olacaq
Mədəniyyət siyasəti
5 Mart , 2015 18:30
Azərbaycanda Amerika Mədəniyyəti Günləri keçiriləcək

Bakı. 5 mart. REPORT.AZ/ Gələn həftə Azərbaycanda Amerika Mədəniyyəti Günləri keçiriləcək. "Report" xəbər verir ki, mədəniyyət günləri çərçivəsində martın 10-15-də Bakıda bir sıra tədbirlər, o cümlədən müxtəlif müsabiqələr, təqdimatlar və sərgilər təşkil olunacaq. 

Bu günlərdə Azərbaycan kinoteatrlarında uşaqlar üçün filmlər, ABŞ kinematoqrafının klassik nümunələri nümayiş olunacaq. Həmçinin "ABŞ-da təhsil" mövzusunda və İmam Xendinin "ABŞ müsəlmanlarının həyatı" təqdimatları keçiriləcək. 

Martın 11-də Bakı Amerika Mərkəzində ən yaxşı alma piroqu müsabiqəsi təşkil olunacaq. Martın 12-də Daniel MakQraf (Daniel McGrath) və Dana Turkoviçin "Təcrid otaqları" müasir incəsənət nümunələrinin təqdimatı keçiriləcək.

ABŞ-dan bir neçə musiqi qrupu Bakıda və regionlarda konsertlər verəcək: Amerika yerli əhalisinin "Oklakhoma Fancy" rəqs qrupu tamaşaçılara milli-ritual rəqslər və musiqi fraqmentləri təqdim edəcək, Detroytdan "Sphinks" qrupu və "Break of Reality" rok violonçelistlər qrupu tamaşaçılara xoş anlar bəxş edəcəklər. 

Bakı ilə yanaşı, Amerika Mədəniyyət Günləri çərçivəsində tədbirlər Qəbələ, İsmayıllı, Sumqayıt, Quba, Şəki və Zaqatalada da təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi