“Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsinin detalları açıqlanıb

“Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsinin detalları açıqlanıb Muğam sənəti məktəblərinin adları layihəyə daxil edilib
Mədəniyyət siyasəti
29 Yanvar , 2018 12:46
“Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsinin detalları açıqlanıb

Bakı. 29 yanvar. REPORT.AZ/ “Azərbaycan muğam sənətinin başlıca göstəriciləri qanunvericiliyə daxil edilib”.

“Report”un xəbərinə görə, yeni hazırlanan “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsinin 1-ci maddəsində bildirilir ki, özündə ifaçılıq, bəstəkarlıq və poeziyanı birləşdirən Azərbaycan muğam sənəti Azərbaycan xalqının milli-mədəni və mənəvi sərvətidir.

Layihəyə əsasən, Azərbaycan muğam sənəti ümumilli səciyyə daşımaqla Azərbaycan xaqlının yaradıcı istedadının, özünəməxsus xüsusiyyətləri və milli bənzərsizliyi ilə dünyada seçilən yüksək bədii, estetik və elmi təfəkkürünün ifadəsidir.

Qanun layihəsində qeyd olunub ki, Azərbaycan muğamının başlıca göstəriciləri aşağıdakılardır:

Muğam sənəti məktəbləri – Bakı-Abşeron, Şuşa-Qarabağ, Şamaxı-Şirvan, Gəncə, Şəki, Naxçıvan, Lənkəran, Göyçə, Borçalı, Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Mərənd, Marağa, Xoy, Səlmas, Dərbənd.

Muğamların növləri - muğam dəstgahları (Rast dəstgahı və Rast ailəsinə daxil olan Mahnur hindi, Orta Mahnur, Bayatı Qacar, Qatar, Dügah, Şur dəstgahı və Şur dəstgahı ailəsinə daxil olan Rahab, Şahnaz, Bayatı-Kürd, Dəşti, Segah və Segah ailəsinə daxil olan Zabul segah, Mirzə Hüseyn segahı, Xaric segah, Çahargah, Şüştər, Bayatı-Şiraz, Humayun, kiçik həcmli muğamlar.

Son xəbərlər

Orphus sistemi