Tahir Əmiraslanov: "Azərbaycan milli mətbəxini tədqiq edən mərkəzlər yaradılmalıdır"

Tahir Əmiraslanov: "Azərbaycan milli mətbəxini tədqiq edən mərkəzlər yaradılmalıdır" "Rus mətbuatında yeməklərimizin erməni yeməyi adı ilə təqdim edilməsinə çox rast gəlinir"
Mədəniyyət siyasəti
6 Fevral , 2015 10:08
Tahir Əmiraslanov: Azərbaycan milli mətbəxini tədqiq edən mərkəzlər yaradılmalıdır

Bakı. 6 fevral. REPORT.AZ/ "Azərbaycanda milli mətbəxi, onun tarixi etnoqrafiyasını öyrənən hansısa ixtisaslaşmış peşə məktəbi, yaxud da elmi-tədqiqat institutu yoxdur. Bütün bunları nəzərə alaraq müvafiq tədbirlər görülməlidir". Bunu "Report"a açıqlamasında Azərbaycan Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov deyib.

Onun sözlərinə görə, ilk olaraq milli mətbəxi öyrənməli, toplamalı, həmçinin ayrıca məktəb, institutlar, elmi-tədqiqat mərkəzləri yaradılmalıdır: "Bu məsələlər təbliğat səviyyəsinə qaldırılmalıdır. Dövlət buna koordinasiya verən bir mexanizm təsdiqləməlidir".

T.Əmiraslanov bildirib ki, ermənilər Moskvadakı bütün mətbuat orqanlarına birbaşa maliyyə, abunə, yaxud reklamla dəstək verirlər: "Azərbaycanın isə Rusiyada mövqe dəyişən maliyyəsi yoxdur. Bu gün rus mətbuatında yeməklərimizin erməni yeməyi adı ilə təqdim edilməsinə çox rast gəlinir. Əgər biznesmenlərimiz rus mətbuatına maliyyə ayırmış olsa, milli yeməklərimizdən hər hansı birinə qarşı saxta məlumat veriləndə, onlar da bəyanatla çıxış edə bilərlər. Sadaladığım maliyyə yardımı olmayandan sonra heç nə edə bilmərik".

Son xəbərlər

Orphus sistemi