"Azərbaycan mətbəxi" kitabı mükafat qazanıb

"Azərbaycan mətbəxi" kitabı mükafat qazanıb Kitab "Dünya Qurman Yemək Kitabı 2014" mükafatına layiq görülüb
Mədəniyyət siyasəti
10 Fevral , 2015 09:20
Azərbaycan mətbəxi kitabı mükafat qazanıb

Bakı. 10 fevral. REPORT.AZ/ Böyük Britaniyanın "Saqi Books" nəşriyyat evinin Tahir Əmiraslanov və Leyla Rəhmanovanın köməyi ilə hazırlanan "Azərbaycan Mətbəxi" kitabı ən yaxşı Şərqi Avropa Kitabı və ən yaxşı yemək kitabı kateqoriyasında "Dünya Qurman Yemək Kitabı 2014" mükafatını qazanıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Yüzdən artıq dadlı yemək reseptləri ilə zəngin olan Azərbaycan mətbəxi bölgənin ekzotik və müxtəlif ləziz təamları üçün əla başlanğıc hesab olunur.
Qeyd edək ki, əsası 1983-cü ildə Londonda qoyulan "Saqi Books" nəşriyyat evi Şimali Afrika və Yaxın Şərqdə akademik və müxtəlif maraqlara uyğun keyfiyyətli kitablar nəşr edir.

Son xəbərlər

Orphus sistemi