Azərbaycan Fransada qastronomiya bayramında iştirak edəcək

Azərbaycan Fransada qastronomiya bayramında iştirak edəcək Tədbir çərçivəsində Azərbaycan kulinariyasının nümunələri təqdim olunacaq
Mədəniyyət siyasəti
10 Sentyabr , 2016 13:21
Azərbaycan Fransada qastronomiya bayramında iştirak edəcək

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan sentyabrın 23-25-də Parisdə keçiriləcək qastronomiya bayramında iştirak edəcək.

Bu barədə "Report"a "Fransada Azərbaycan Evi" diaspor təşkilatından bildiriblər. 

Tədbir çərçivəsində Azərbaycan kulinariyasının nümunələri təqdim olunacaq, onların hazırlanması haqqında məlumat veriləcək. 

Tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun nümayəndələri, Azərbaycan diasporunun nümayəndələri iştirak edəcək. 

Tədbirdə cəmi 45 ölkənin nümayəndələri iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi