Qazaxıstanın təhsil və elm naziri Aslan Sarinjipovun sözlərinə görə, Akademiyanın əsas məqsəd və vəzifələri türkçülük sahəsində tədqiqatlar, ümumi türk tarixi və etnoqrafiyanın öyrənilməsinin koordinasiyası və yardımın göstərilməsindən ibarət olacaq.
O qeyd edib ki, təşkilatın yaradılması barədə qərar Azərbaycan, Qırğızıstan və Türkiyə tərəfindən 2012-ci ildə Bişkek şəhərində qəbul olunub. Ölkələr həmin akademiyanın beynəlxalq təşkilat kimi tanınması və onun Astanada yerləşməsi haqqında razılığa gəliblər. Akademiyanın yaradılması və iş qaydası təsdiqlənib.