“Arşın mal alan” filmi Hindistanda nümayiş olunacaq

“Arşın mal alan” filmi Hindistanda nümayiş olunacaq Hindistanda Beynəlxalq Film Festivalı keçiriləcək
Mədəniyyət siyasəti
25 Noyabr , 2015 11:04
“Arşın mal alan” filmi Hindistanda nümayiş olunacaq

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanın “Arşın mal alan” filmi Hindistanda nümayiş olunacaq. “Report” xəbər verir ki, film “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə noyabr ayının sonunda göstəriləcək.

Filmin nümayişi görkəmli müğənni, xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyinə həsr olunub.

Qeyd edək ki, Hindistanın Qoa ştatında Asiyanın ən böyük film festivallarından olan 46-cı Beynəlxalq “Qoa” Film Festivalı keçiriləcək. “Arşın mal alan” filmi də həmin festivalda təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi