Alim Qasımov Hindistanda festivalda çıxış edəcək

Alim Qasımov Hindistanda festivalda çıxış edəcək Yanvarın 21-25-də Cayapurda növbəti ədəbiyyat festivalı keçiriləcək
Mədəniyyət siyasəti
14 Yanvar , 2015 11:36
Alim Qasımov Hindistanda festivalda çıxış edəcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Dünya şöhrətli Azərbaycan xanəndəsi Alim Qasımov öz ansamblı ilə birgə Caypurda keçiriləcək Ədəbiyyat Festivalında çıxış edəcək. 

"Report" Hindistan KİV-inə istinadən xəbər verir ki, festival yanvarın 21-25-də baş tutacaq. 

Festival çərçivəsində, həmçinin konsertlərin keçirilməsi nəzərdə tutulub. Həmin konsertlərdə Racastan və Hindistanın digər ştatlarından məşhur müğənni və rəqqaslar, eləcə də digər ölkələrdən musiqiçilər çıxış edəcəklər. Konsert çərçivəsində Alim Qasımov yanvarın 21-də çıxış edəcək. 

Son xəbərlər

Orphus sistemi