ABŞ səfiri: "Azərbaycanda multikulturalizm dəyərləri tarixən qorunub"

ABŞ səfiri: "Azərbaycanda multikulturalizm dəyərləri tarixən qorunub" Bakıda İspan irsi ayına həsr olunmuş konsert keçirilib
Mədəniyyət siyasəti
27 Sentyabr , 2016 17:59
ABŞ səfiri: Azərbaycanda multikulturalizm dəyərləri tarixən qorunub

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Azərbaycanda multikulturalizm dəyərləri tarixən qorunub. Bu ortaq yanaşmamızı yüksək qiymətləndiririk".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta İspan irsi ayına həsr olunmuş konsertdə jurnalistlərə deyib.

O bildirib ki, ABŞ əhalisinin 55 milyonu latın amerikalıdır və onlar ölkənin sosial, iqtisadi və mədəni həyatına böyük töhfə veriblər. Səfir onların bir çoxunun nüfuzlu mükafatların laureatları olduğunu, yüksək vəzifələr tutduqlarını söyləyib: "Biz müxtəlifliyi sərvətimiz hesab edirik".

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib ki, ispan dili Latın Amerikası ölkələrini birləşdirir. O, hətta Azərbaycan dilinin türk dili ilə oxşarlığını da bu əsnada nümunə göstərib. Səfir həmçinin meksikalılarla azərbaycanlılar arasında da oxşarlıqların olduğunu vurğulayıb.

Sonra ABŞ-ın Latin Amerikası musiqiləri ifa edən "Matuto" qrupunun çıxışı olub.

Xatırladaq ki, konsert həmçinin Kuba və Meksikanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil edilib.

Son xəbərlər

Orphus sistemi