Yazıçı Filip Kerr vəfat edib

Yazıçı Filip Kerr vəfat edib Bakı. 25 mart. REPORT.AZ/ Britaniya yazıçısı Filip Kerr vəfat edib.
Maraqlı
25 Mart , 2018 05:58
Yazıçı Filip Kerr vəfat edib

Bakı. 25 mart. REPORT.AZ/ Britaniya yazıçısı Filip Kerr vəfat edib.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə yazıçının xanımı Ceyn Tinn məlumat verib.

"Sevimli Filip Kerr, möcüzəli "Berni Yunterin yaradıcısı, dahi yazıçı, sevimli ata və ər nur içində yat", - deyə o, "Twitter"də yazıb.

Kerr nasist işğalı dövründə Çexoslovakiyada işləyən uydurma alman xəfiyyəsi Bernhard Hünter haqqında silsilə romanların müəllifi kimi məşhurlaşıb. Onun 63 yaşında vəfat etdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi