Madam Tüsso muzeyinin mum heykəlləri Londonun mərkəzində nümayiş olunur

Madam Tüsso muzeyinin mum heykəlləri Londonun mərkəzində nümayiş olunur Eksponatların bir çoxu mövcud pandemiya dövrünə uyğun şəkildə maskalıdır və sosial məsafəyə uyğun qaydada düzülüb
Maraqlı
31 İyul , 2020 18:08
Madam Tüsso muzeyinin mum heykəlləri Londonun mərkəzində nümayiş olunur

Dünya liderlərinin, Britaniya kral ailəsinin üzvlərinin, musiqi və kino ulduzlarının ən parlaq simalarının Madam Tüsso muzeyinə aid mum heykəlləri Londonun mərkəzində nümayiş etdirilir.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Artıq hər kəs Böyük Britaniya Kraliçası II Elizabeti, Şahzadə Harri və həyat yoldaşı Meqan Marklı, ABŞ prezidenti Donald Trampı, Britaniyanın baş naziri Boris Consonu, aktyor Dueyn Consonu, müğənnilər - Teylor Svift və Beyonseni ödənişsiz “görə biləcək”.

Eksponatların bir çoxu mövcud pandemiya dövrünə uyğun şəkildə maskalıdır və sosial məsafəyə uyğun qaydada düzülüb. Mum heykəllər açılışını gözləyən Madam Tüsso muzeyinin qarşısında nümayiş olunur. Qalereya martın 20-də koronavirus pandemiyası səbəbi ilə bağlanmışdı.

Son xəbərlər

Orphus sistemi