Britaniyada “Queen” qrupunun şərəfinə marka buraxılacaq

Britaniyada “Queen” qrupunun şərəfinə marka buraxılacaq Böyük Britaniya Kral Poçtu (Royal Mail) rok musiqisi tarixində ən uğurlu qruplardan biri olan Britaniyanın “Queen” qrupunun yaradıcılığını 13 markadan ibarət seriya ilə qeyd etmək qərarına gəlib.
Maraqlı
23 İyun , 2020 17:58
Britaniyada “Queen” qrupunun şərəfinə marka buraxılacaq

Böyük Britaniya Kral Poçtu (Royal Mail) rok musiqisi tarixində ən uğurlu qruplardan biri olan Britaniyanın “Queen” qrupunun yaradıcılığını 13 markadan ibarət seriya ilə qeyd etmək qərarına gəlib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“The Guardian” qəzetinin yazdığına görə, iyulun 9-da satışa çıxarılacaq poçt miniatürlərinin üzərində kollektiv üzvlərinin hər birinin şəkilləri, onların studiyada çəkilmiş şəkli və əsas albomlarının üz qabıqları əks olunacaq.

Qeyd edək ki, “Queen” qrupu “Royal Mail”in şərəfinə markalar buraxdığı Birləşmiş Krallıqdakı üçüncü musiqi qrupudur. Bundan əvvəl 2007-ci “The Beatles”, 2016-cı ildə isə “Pink Floyd” bu şərəfə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi