ABŞ-da 5 yaşlı uşaq “Lamborghini” almaq üçün valideynlərinin avtomobilini qaçırdı - VİDEO

ABŞ-da 5 yaşlı uşaq “Lamborghini” almaq üçün valideynlərinin avtomobilini qaçırdı - VİDEO ABŞ-da 5 yaşlı uşağın iştirakı ilə qeyri-adi hadisə baş verib.
Maraqlı
6 May , 2020 11:53
ABŞ-da 5 yaşlı uşaq “Lamborghini” almaq üçün valideynlərinin avtomobilini qaçırdı - VİDEO

ABŞ-da 5 yaşlı uşağın iştirakı ilə qeyri-adi hadisə baş verib.

“Report” xəbər verir ki, yol polisinin qəribə manevrlər etdiyinə görə saxladığı avtomobildə sürücü yerində uşaq olub.

Yuta ştatında meydana gələn kuryoz hadisə oğlan uşağının “Lamborghini” sevdasına görə olub. Belə ki, anasının “Lamborghini” almayacağını deməsindən sonra onunla mübahisə etmiş 5 yaşlı uşaq valideynləri evdə olmayan zaman bacısını yuxuya verərək valideynlərinin avtomobilində “Lamborghini” almaq üçün Kaliforniyaya yola çıxıb. Amma məlum olub ki, onun pul qabında cəmi 3 dollar var...

İndi yerli prokuror uşağın valideynlərini məhkəməyə çağırmaq və ya xəbərdarlıqla kifayətlənmək barədə qərar verməlidir.

Son xəbərlər

Orphus sistemi