“Virgin Australia” aviadaşıyıcısına yeni alıcı axtarılır

“Virgin Australia” aviadaşıyıcısına yeni alıcı axtarılır Ötən ay koronavirus (COVID-19) səbəbi ilə tətbiq olunan səyahət məhdudiyyətlərindən sonra Avstraliyanın 2-ci ən böyük aviadaşıyıcısı “Virgin Australia” maliyyə böhranı yaşayıb.
Maliyyə
21 Aprel , 2020 15:00
“Virgin Australia” aviadaşıyıcısına yeni alıcı axtarılır

Ötən ay koronavirus (COVID-19) səbəbi ilə tətbiq olunan səyahət məhdudiyyətlərindən sonra Avstraliyanın 2-ci ən böyük aviadaşıyıcısı “Virgin Australia” maliyyə böhranı yaşayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, şirkətə borclarının restrukturizasiyası üçün qəyyum təyin edilib.

“Qəyyum olaraq İngiltərənin “Deloitte” beynəlxalq audit şirkətindən 4 nəfər təyin edilib. Bu gün verdiyimiz qərar koronavirusla mübarizə apararkən şirkətin gələcəyini təminat altına almaqdır. Avstraliyanın ikinci hava yolu şirkətinə ehtiyacı var və biz uçmağa davam etməkdə qərarlıyıq”, - şirkətin CEO-su Paul Skurrah deyib.

Belə ki, qəyyumların təxminən 10 min birbaşa və 5 min bilavasitə işçisi olan şirkətin borclarını restrukturizasiya etməsi və “Virgin Australia” aviadaşıyıcısına yeni alıcı tapması gözlənilir.

Qeyd edək ki, şirkət daha əvvəl 1,4 milyard ABŞ dolları məbləğində kredit üçün Avstraliya hökumətinə müraciət etsə də, istəyi qəbul edilməmişdi.

Son xəbərlər

Orphus sistemi