Vergilər naziri Qubada vətəndaşları qəbul edib

Vergilər naziri Qubada vətəndaşları qəbul edib Bakı. 12 mart. REPORT.AZ/ Martın 10-da vergilər naziri Mikayıl Cabbarov Quba şəhərində 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib. 
Maliyyə
12 Mart , 2018 11:40
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
Taxes.gov.az

Bakı. 12 mart. REPORT.AZ/ Martın 10-da vergilər naziri Mikayıl Cabbarov Quba şəhərində 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib. 

Bu barədə “Report”a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, qəbulda Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinləri iştirak edib. Vətəndaşlar əsasən, vergi orqanlarına işə qəbul, strukturlarda iş yerlərinin dəyişdirilməsi, vergi inzibatçılığı və digər məsələlərlə əlaqədar müraciət ediblər. 

Görüşdə vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi