Türkiyədə dolların məzənnəsi 3,45 lirəyə düşüb

Türkiyədə dolların məzənnəsi 3,45 lirəyə düşüb "Report": Lirənin bahalaşması müvəqqətidir, ilin sonuna qədər dolların məzənnəsi yenidən yüksələcək
Maliyyə
28 Avqust , 2017 11:12
Türkiyədə dolların məzənnəsi 3,45 lirəyə düşüb

Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyədə dolların məzənnəsi 3,45 lirə səviyyəsindən aşağı düşüb. "Report" xəbər verir ki, buna səbəb dolların qobal valyuta bazarında ucuzlaşması amili səbəb olub. 

Qeyd edək ki, dolların məzənnəsi cümə günü, avqustun 25-də ABŞ-ın Cekson Hol kurort şəhərciyində keçirilən mərkəzi bank rəhbərlərinin sammitində Federal Ehtiyat Sisteminin (FED) başçısı Canet Yellenin açıqlamalarından sonra ucuzlaşmağa başlayıb. Belə ki, sammitdəki çıxışında C.Yellen FED-in monetar siyasəti və ABŞ iqtisadiyyatı barədə heç bir fikir səsləndirməyib. Bu da investorlarda FED-in balansını azaltmağa başlayacağı tarix və uçot dərəcəsinin artırılması perspektivləri barədə qeyri-müəyyənlik yaradıb.

Xatırladaq ki, hazırda TRY/USD məzənnəsi 3,4480 səviyyəsində yer alır. "Report"un analitik qrupu məzənnənin aşağı enməsi durumunun müvəqqəti olduğunu, ilin sonuna qədər dolların yenidən bahalaşacağını proqnozlaşdırır. Belə ki, dolların ucuzlaşması Türkiyənin ixracının azalmasına səbəb olur. Nəticədə, Türkiyənin onsuz da yüksək olan xarici ticarət kəsiri daha da artır və tədiyyə balansına ciddi mənfi təsir göstərir.

Son xəbərlər

Orphus sistemi