Trampın seçilməsi Sorosa 1 mlrd. dollar zərər vurub

Trampın seçilməsi Sorosa 1 mlrd. dollar zərər vurub "Soros Fund Management" ötən ili 5% mənfəətlə başa vurub
Maliyyə
13 Yanvar , 2017 13:04
Trampın seçilməsi Sorosa 1 mlrd. dollar zərər vurub

Bakı. 13 yanvar. REPORT.AZ/ Milyarder-investor Corc Soros Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra verdiyi investisiya qərarlarındakı səhv səbəbindən 1 mlrd. dollar itirib. "Report"un "The Daily Telegraph" qəzetinə istinadən verdiyi xəbərə görə, Soros seçkilərdən öncə ehtiyatlı mövqe tutub və fond birjaları ilə dolların düşməsi üzərində oynayıb. Milyarder demokratların namizədi Hillari Klinton tərəfdarı olub və onun seçki kampaniyasına 25 mln. dollar xərcləyib.

Zərər etməsinə baxmayaraq, onun "Soros Fund Management" investisiya fondu 2016-cı ili 5% mənfəətlə başa vurub. Bu isə bazarda olan investisiya fondlarının orta illik mənfəətindən bir qədər aşağıdır.

Xatırladaq ki, C.Soros 1992-ci ildə Britaniya funt sterlinqinin devalvasiyasından bir gecədə 1 mlrd. funt qazanaraq "Britaniya Mərkəzi Bankını iflas etdirən" adam kimi məşhurlaşıb. 

Qeyd edək ki, Sorosun 30 mlrd. dollarlıq hedc-fondu 6 il bundan öncə ailə şirkətinə çevrilib və o, artıq kənardan vəsait qəbul etməyərək öz maliyyə resurslarını idarə edir. 86 yaşlı milyarder mütəmadi olaraq siyasi və sosial təşəbbüslərlə məşğuldur.

Son xəbərlər

Orphus sistemi