SOCAR-ın istiqrazlarına tələb təklifi 2 dəfə üstələyib

SOCAR-ın istiqrazlarına tələb təklifi 2 dəfə üstələyib Azərbaycan Dövlət Neft Şirkətinin istiqrazlarına verilən sifarişlərin ümumi həcmi 204 mln. dollara çatıb
Maliyyə
11 Oktyabr , 2016 12:15
SOCAR-ın istiqrazlarına tələb təklifi 2 dəfə üstələyib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ölkə vətəndaşları və qurumları üçün 100 mln. ABŞ dolları məbləğində kütləvi buraxılmış korporativ istiqrazlarına yaranmış tələbat mövcud təklifi 2 dəfədən çox üstələyib.

Bu barədə “Report”a Şirkətdən məlumat verilib.

Qeyd olunub ki, sentyabrın 20-dən sifariş toplanmasına başlanan 5 il müddətli, 3 aydan bir faiz ödənişli, 100 mln. dollar məbləğində buraxılan SOCAR istiqrazlarının sifariş toplama prosesi oktyabrın 10-da tamamlanıb.

“ASAN Xidmət”, “Azərbaycan Beynəlxalq Bankı”, “Azər-Türk Bank”, “Xalq Bank”, “Kapital Bank”, “Rabitəbank”, “AzFinance”, “İnvest-Az”, “PAŞA Kapital” və anderrayterliyi öhdəsinə götürən “PSG Capital”ın işbirliyi ilə toplanmış ön sifarişlərin yekun sifariş halına gəlməsindən sonra bölüşdürülməsi prosesi oktyabrın 12-də, yerləşdirilməsi isə oktyabrın 13-də gerçəkləşdiriləcək. Oktyabrın 14-dək Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiqləməsindən sonra oktyabrın 17-də ikinci bazar əməliyyatlarına start veriləcək.

Dəyəri 100 mln. dollar təşkil edən SOCAR istiqrazlarının buraxılışı qarşılığında ümumilikdə 203,604 mln. dollarlıq sifariş toplanıb. Bölüşdürmə əməliyyatında üstünlük emissiya prospektində yazıldığı kimi, fiziki şəxslərə (vətəndaşlara) veriləcək, sonra isə hüquqi şəxslərin tələbləri qarşılanacaq.

Yekun nəticələr oktyabrın 14-də dəqiqləşəcək. İnvestorların qarşılana bilinməyən tələbinin onların bank hesablarına geri qaytarılmasına başlanacaq və ən gec oktyabrın 18-də həmin proses yekunlaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi