Qara Dəniz Ticarət və İnkişaf Bankının əməliyyatlar üzrə vitse-prezidenti vəzifəsinə yeni təyinat olub

Qara Dəniz Ticarət və İnkişaf Bankının əməliyyatlar üzrə vitse-prezidenti vəzifəsinə yeni təyinat olub Bakı. 17 dekabr. REPORT.AZ/ Qara Dəniz Ticarət və İnkişaf Bankının əməliyyatlar üzrə vitse-prezidenti vəzifəsinə yeni təyinat olub.
Maliyyə
17 Dekabr , 2018 14:55
Qara Dəniz Ticarət və İnkişaf Bankının əməliyyatlar üzrə vitse-prezidenti vəzifəsinə yeni təyinat olub

Bakı. 17 dekabr. REPORT.AZ/ Qara Dəniz Ticarət və İnkişaf Bankının əməliyyatlar üzrə vitse-prezidenti vəzifəsinə yeni təyinat olub.

Bankdan “Report”a verilən məlumata görə, Bolqarıstan hökümətinin təklifi ilə QDTİB-in Direktorlar Şurası bu vəzifəyə İvaylo Moskovskini təyin edib. O, bu vəzifədə Nina Stavrevanı əvəz edib.

İ.Moskovski bu gündən yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, İ.Moskovski özəl sektorda müxtəlif şirkətlərin rəhbər vəzifələrində çalışıb. O, 2009-2017-ci illərdə Bolqarıstan hökumətinin həyata keçirdiyi “Nəqliyyat” əməliyyat proqramının idarəedici orqanına rəhbərlik edib. İ. Moskovski 2009-cu ildə Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə nazirinin müavini, 2011-ci ildən 2018-ci ilin sentyabrına qədər isə nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri olub. 

Son xəbərlər

Orphus sistemi