Bakı. 13 yanvar. REPORT.AZ/ 2016-cı ildə "Qala Sığorta" ASC-nin yığımları 4 643 567 manat təşkil edib.
Şirkətdən "Report"a verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə 74,74 dəfə çoxdur.
Xatırladaq ki, əvvəlki il "Qala Sığorta" 62 133 manat sığorta haqqı toplayıb.
2016-cı ildə şirkətin ödənişləri isə olmayıb. "Qala Sığorta"da bunu sığorta hadisələrinin baş verməməsi ilə izah edirlər. 2015-ci ildə isə "Qala Sığorta" 53 341 manat ödəniş edib.
Xatırladaqki, "Qala Sığorta" şirkəti 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 23 manat olan 350 min səhm əsasında formalaşıb. Şirkətin 100% səhmləri "AzReTəkrarsığorta" ASC-yə məxsusdur.