“PAŞA Həyat Sığorta” ötən il səhmdarlarına 21 milyon manat dividend ödəyib

“PAŞA Həyat Sığorta” ötən il səhmdarlarına 21 milyon manat dividend ödəyib 2019-cu ildə “PAŞA Həyat Sığorta” ASC səhmdarlarına 20,7 milyon manat divident ödəyib.
Maliyyə
9 İyul , 2020 14:15
“PAŞA Həyat Sığorta” ötən il səhmdarlarına 21 milyon manat dividend ödəyib

2019-cu ildə “PAŞA Həyat Sığorta” ASC səhmdarlarına 20,7 milyon manat divident ödəyib.

“Report” bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir. 

Məlumata görə, divident ödənişi ilə bağlı qərar "PAŞA Həyat Sığorta"nın səhmdarlarının ötən il aprelin 11-də keçirilmiş illik ümumi yığıncağında qəbul olunub. 

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi