​"Paşa Bank"ın xalis mənfəəti kəskin azalıb

​"Paşa Bank"ın xalis mənfəəti kəskin azalıb Ötən il Bankın faiz xərcləri 4 dəfə artaraq 63 mln. manata çatıb
Maliyyə
19 Yanvar , 2016 17:25
​Paşa Bankın xalis mənfəəti kəskin azalıb

Bakı. 19 yanvar. REPORT.AZ/ "Paşa Bank" ASC 2015-ci ildə 2,992 mln. manat xalis mənfəət əldə edib ki, bu da əvvəlki ilin xalis mənfəəti ilə müqayisədə 3,6 dəfə azdır. Belə ki, 2014-cü ildə Bankın xalis mənfəəti 10,832 mln. manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə Bankın gəlirləri illik müqayisədə 2 dəfədən çox artaraq 59,4 mln. manatdan 130,1 mln. manata yüksəlib. Faiz gəlirləri 4 dəfəyə yaxın artaraq 22,5 mln. manatdan 86,7 mln. manata, qeyri-faiz gəlirləri 17,5% artraq 36,9 mln. manatdan 43,4 mln. manata çatıb.

Hesabat dövründə "Paşa Bank"ın xərcləri 64,7% artaraq 47,0 mln. manatdan 77,5 mln. manata yüksəlib. Faiz xərcləri 15,2 mln. manatdan 4 dəfə artaraq 62,7 mln. manat təşkil edib. Qeyri-faiz xərcləri isə 2 dəfədən çox azalaraq 31,8 mln. manatdan 14,7 mln. manata düşüb.

Bank 2015-ci ildə 2,0 mln. manat həcmində mənfəət vergisi ödəyib ki, bu da əvvəlki illə müqayisədə 1,8% azdır. 

Qeyd edək ki, 2015-ci ildə Bankın vergi ödənilənək mənfəəti 5,0 mln. manat olduğu halda, 2014-cü ildə bu göstərici 12,9 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi