Neftin bahalaşmasını gözləyən ekspertlərin sayı tarixi maksimuma çatıb

Neftin bahalaşmasını gözləyən ekspertlərin sayı tarixi maksimuma çatıb Həmçinin, qızılın qiymətinin yüksələcəyini də düşünənlər artıb
Maliyyə
16 May , 2017 10:39
Neftin bahalaşmasını gözləyən ekspertlərin sayı tarixi maksimuma çatıb

Bakı. 16 may. REPORT.AZ/ Neft qiymətlərinin yüksəlməsini proqnozlaşdıran analitiklərin sayı tarixi maksimal həddə çatıb. "Report" xəbər verir ki, "Bloomberg" agentliyi tərəfindən əmtəə bazarları analitikləri arasında aparılan sorğuya əsasən, 11 may tarixi etibarı ilə neft qiymətlərinin yüksəlməsini ehtimal edənlər 71,4% təşkil edib. Qeyd edək ki, bir həftə əvvəl bu göstərici 56,7%, 27 apreldə isə 48,5% olub.

Həmçinin, qızılın qiymətinin yüksələcəyini proqnozlaşdıran analitiklərin sayı 35,3%, azalacağını ehtimal edənlər isə 23,5% təşkil edib. Qeyd edək ki, "Bloomberg" agentliyi adı çəkilən sorğunu həftəlik keçirir.

Son xəbərlər

Orphus sistemi