Naxçıvanda hüquqi və fiziki şəxslərə verilən kreditlərin məbləği artıb

Naxçıvanda hüquqi və fiziki şəxslərə verilən kreditlərin məbləği artıb Cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 64 milyon 55 min 100 manat məbləğində kreditlər verilib.
Maliyyə
21 Avqust , 2019 02:54
Naxçıvanda hüquqi və fiziki şəxslərə verilən kreditlərin məbləği artıb

Cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 64 milyon 55 min 100 manat məbləğində kreditlər verilib.

"Report" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu da bir il öncəki göstəricidən 2,1 dəfə çoxdur. Verilmiş kreditlərin 6 milyon 576 min manatı və yaxud 10,3 faizi qısamüddətli, 57 milyon 479 min 100 manatı və yaxud 89,7 faizi uzunmüddətli kreditlər olub.

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Son xəbərlər

Orphus sistemi