“Naxçıvan Bank”ın mənfəəti 5% azalıb

“Naxçıvan Bank”ın mənfəəti 5% azalıb “Naxçıvan Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 215,764 milyon manat təşkil edib.
Maliyyə
16 İyul , 2019 17:34
“Naxçıvan Bank”ın mənfəəti 5% azalıb

“Naxçıvan Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 215,764 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 12,5% çoxdur.

“Naxçıvan Bank”ın aktivlərinin 74,374 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,3% böyüyüb.

Hesabat dövründə “Naxçıvan Bank”ın cəmi öhdəlikləri 16,1% artaraq 135,364 milyon manata, o cümlədən depozit portfeli 19,5% artaraq 89,317 milyon manata, cəmi kapitalı isə 6,9% artaraq 80,4 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında “Naxçıvan Bank”ın gəlirləri 4,965 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 3,3% çox), xərcləri 2,139 milyon manat (17% çox), xüsusi ehtiyatlara ayırmaları isə 603 min manat (7,4% az) təşkil edib. Son nəticədə Bank I yarımili 2,223 milyon manat mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 4,5% azdır.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 67,83 mln. manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir. 

Son xəbərlər

Orphus sistemi