​"Muğanbank"ın əməliyyat sistemində nasazlıq yaranıb

​"Muğanbank"ın əməliyyat sistemində nasazlıq yaranıb Sistemdə yaranan problem baş ofisdə aparılan yeniləmə ilə əlaqədar olub
Maliyyə
2 İyul , 2015 15:29
​Muğanbankın əməliyyat sistemində nasazlıq yaranıb

Bakı. 2 iyul. REPORT.AZ/ "Muğanbank" ASC-nin filial şəbəkəsi üzrə əməliyyat sistemində yaranan problemlər sırf texniki xarekterli səbəblərlə bağlı olub. Bu barədə "Report"a "Muğanbank"ın baş ofisindən günorta saatlarında filiallarda yaranmış problemlə bağlı məsələyə aydınlıq gətirərkən bildirilib: "Artıq problem qısa zamanda həll edilib".

Bankın açıqlamasına görə, sistemdə yaranan problem baş ofisdən sistemdə aparılan yeniləmə ilə əlaqədar olub və təxminən yarım saat çəkib.

Qeyd edək ki, bu gün günorta saatlarında "Muğanbank"ın filiallarında əməliyyatlarla bağlı müvəqqəti çətinlik yaranıb. Müştərilərə sistemin müvəqqəti çalışmadığı və gözləməli olduqları deyilib.

Son xəbərlər

Orphus sistemi