"Moody's" Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəldib

"Moody's" Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəldib Bakı. 26 yanvar. REPORT.AZ/ Moody’s Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) reytinqlərini yüksəldib. 
Maliyyə
26 Yanvar , 2018 17:30
Moody's Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəldib

Bakı. 26 yanvar. REPORT.AZ/ "Moody’s" Beynəlxalq Reytinq Agentliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) reytinqlərini yüksəldib. 

"Report" Banka istinadən xəbər verir ki, Bankın xarici və yerli valyutada olan uzunmüddətli reytinqləri "Caa1" səviyyəsindən "B3" səviyyəsinə qaldırılıb. 

Baza kredit qiymətləndirilməsi (BCA) "caa3" pilləsindən "caa2" pilləsinə, qarşı tərəf uzunmüddətli risk qiymətləndirilməsi isə "B3(cr)" pilləsindən "B2(cr)" pilləsinə yüksəlib. Bankın uzunmüddətli depozit reytinqləri pozitiv proqnozla dəyərləndirilib.

Agentliyin yeni reytinqlərlə bağlı şərhində bu müsbət dəyişikliklərin ABB-nin aktiv və öhdəliklərinin restrukturizasiyasının nəticələrini əks etdirdiyi bildirilib. Bankın kapital mövqeyinin güclənərək müəyyən edilmiş normativ tələblər səviyyəsini ötməsi, problemli aktivlərin ötürülməsi nəticəsində kredit portfelinin keyfiyyətinin yaxşılaşması da qeyd edilib. Eyni zamanda, bildirilib ki, verilən dövlət dəstəyi ilə yanaşı, bank tərəfindən xərclərinin optimallaşdırılması və gəlirliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər onun mənfəətliyini də bərpa edib.

Agentliyin rəyində vurğulanıb ki, görülmüş tədbirlər nəticəsində bankın birinci dərəcəli kapitalının adekvatlıq əmsalı 20,8%-ə yüksəlib, kapitalının risk dərəcəsi üzrə ölçülmüş aktivlərinə nisbəti (Tangible Common Equity to RWAs) əmsalı isə 16.8% təşkil edib. Bununla ABB MDB məkanında ən yaxşı kapital göstəricisinə malik banklardan biri olub.

Rəydə o da qeyd olunub ki, gələcək inkişaf göstəricilərindən asılı olaraq növbəti mərhələlərdə bankın reytinqləri yenə yüksəldilə bilər.

ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi