“Meqa Sığorta” 2017-ci ilin maliyyə yekunlarını açıqlayıb

“Meqa Sığorta” 2017-ci ilin maliyyə yekunlarını açıqlayıb Bakı. 17 mart. REPORT.AZ/ “Meqa Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 35,521 mln. manat təşkil edib.
Maliyyə
17 Mart , 2018 10:08
“Meqa Sığorta” 2017-ci ilin maliyyə yekunlarını açıqlayıb

Bakı. 17 mart. REPORT.AZ/ “Meqa Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 35,521 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12,6% azdır.

2017-ci ildə “Meqa Sığorta”nın cəmi öhdəlikləri 20% azalaraq 9,85 mln. manata, cəmi kapitalı isə 9,4% azalaraq 25,671 mln. manata düşüb.

Ötən il “Meqa Sığorta”nın gəlirləri 20,108 mln. manat (əvvəlki ilə nisbətən 20,1% az), xərcləri isə 13,897 mln. manat (20,7% az) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 6,211 mln. manat olub ki, bu da illik müqayisədə 18,65% azdır.

2017-ci ildə “Meqa Sığorta” 1,242 mln. manat mənfəət vergisi ödəyib və ili 4,969 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 000 manat olan 2 900 səhm əsasında formalaşıb.

Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, "Rabitəbank"ın səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.

Son xəbərlər

Orphus sistemi