Maliyyə naziri: “Çevik maliyyə buferləri yaradılmalıdır”

Maliyyə naziri: “Çevik maliyyə buferləri yaradılmalıdır” “Azərbaycanın dövlət büdcəsində növbəti 6 ay üçün neftin bir barelinin qiyməti 35 ABŞ dollarından götürülür”.
Maliyyə
5 Avqust , 2020 11:47
Maliyyə naziri: “Çevik maliyyə buferləri yaradılmalıdır”

“Azərbaycanın dövlət büdcəsində növbəti 6 ay üçün neftin bir barelinin qiyməti 35 ABŞ dollarından götürülür”.

“Report” xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.

“Neftlə bağlı vəziyyət aprel-may aylarında daha da gərgin idi, qiymət 13 ABŞ dollarına enmişdi. Prezident İlham Əliyev iqtisadiyyata mənfi təsirlərin azaldılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı müəyyən addımlar atıb. Vaxtında qəbul edilmiş qərarlar iqtisadiyyatda baş verəcək mənfi halların qarşısını alıb. Yaranmış sosial-iqtisadi vəziyyətin problemlərindən biri onun qeyri-müəyyənliyidir. Bu gün dünyada heç kim deyə bilməz ki, xəstəlik nə qədər davam edəcək. Məhz bunları nəzərə alaraq çevik maliyyə buferləri yaradılmalıdır ki, hər hansı yarana biləcək təhdidlərin qarşısı alınsın”, - o deyib.

Son xəbərlər

Orphus sistemi