İran Milli Bankının Bakı filialı bu ilin I yarısını mənfəətlə başa vurub

İran Milli Bankının Bakı filialı bu ilin I yarısını mənfəətlə başa vurub İran Milli Bankının Bakı filialı bu ilin I yarısını 462 min manat xalis mənfəətlə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründən 16,906 milyon manat xalis zərərlə çıxmışdı.
Maliyyə
10 İyul , 2020 14:00
İran Milli Bankının Bakı filialı bu ilin I yarısını mənfəətlə başa vurub

İran Milli Bankının Bakı filialı bu ilin I yarısını 461 min manat xalis mənfəətlə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründən 16,9 milyon manat xalis zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, yanvar-iyun aylarında İran bankının gəlirləri 1,6 milyon manat (illik müqayisədə 17,6% az), xərcləri 953 min manat (37,1% çox), xüsusi ehtiyatlara ayırmaları 159 min manat (99,1% az), mənfəət vergisi ödəmələri isə 2 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib.

Bu il iyulun 1-nə İran bankının aktivləri 84 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,4% azdır. Bunun 4,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 13,9% böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 8,2% artaraq 46,9 milyon manata, o cümlədən depozit portfeli 7% artaraq 10,8 milyon manata çatıb, balans kapitalı isə 30,9% azalaraq 37,1 milyon manata düşüb.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 73,6 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi