“İpək Yolu Sığorta”nın səhmdarları növbədənkənar yığıncaq keçirəcək

“İpək Yolu Sığorta”nın səhmdarları növbədənkənar yığıncaq keçirəcək Səhmdarın adının dəyişilməsi ilə əlaqədar şirkətin nizamnaməsinə dəyişiklik ediləcək.
Maliyyə
14 Avqust , 2020 10:23
“İpək Yolu Sığorta”nın səhmdarları növbədənkənar yığıncaq keçirəcək

Sentyabrın 15-də, saat 10:00-da “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Həsən Əliyev küçəsi, 4/186 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdarın adının dəyişilməsi ilə əlaqədar nizamnaməyə dəyişikliyin edilməsi, Direktorlar Şurasının üzvlərinin səlahiyyət müddətlərinin növbəti müddətə yenidən təsdiqlənməsi daxildir.

Qeyd edək ki, “Silk Way Airlines” sığorta şirkətindəki payını “Silk Way Business Aviation” MMC-yə ötürüb. Bu şirkətin 3 334 ədəd səhminə, yəni, 19,05%-nə sahibdir.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silk Way Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi