“İcraçı Kredit Agentliyi” BOKT-nin xalis mənfəəti 3 dəfə artıb

“İcraçı Kredit Agentliyi” BOKT-nin xalis mənfəəti 3 dəfə artıb “İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 19 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
6 May , 2020 13:22
“İcraçı Kredit Agentliyi” BOKT-nin xalis mənfəəti 3 dəfə artıb

“İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 19 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 2,5 dəfə çoxdur.

Ötən il “İcraçı Kredit Agentliyi"nin vergiyəqədərki mənfəəti 14 min manat (əvvəlki ilə nisbətən 81,9% az), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 5 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.

Bu il yanvarın 1-nə “İcraçı Kredit Agentliyi"nin aktivləri 3,1 milyon manat olub ki, bu da illik müqayisədə 18% çoxdur. Bunun 2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-nin kredit portfeli 3,6% böyüyüb.

Hesabat dövründə “İcraçı Kredit Agentliyi"nin öhdəlikləri 2,6 dəfə artaraq 761 min manata, balans kapitalı isə 0,2% artaraq 2,3 milyon manata çatıb.

Xatırladaq ki, "İcraçı Kredit Agentliyi" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 272 min manatdır. BOKT-un təsisçiləri 33,85% payla Arif Əliyev (İdarə Heyətinin sədri), 13,84% payla Siyavuş Verdiyev (İdarə Heyətinin üzvü), 13,03% payla Mehman Qurbanov, 7,75% payla "Aşıxlı Kredit İttifaqı" MMC, 6,95% payla "Şahsevən Kredit İttifaqı" MMC (ləğv prosesindədir), 6,93% payla "Masallı Kredit İttifaqı" MMC, 3,47% payla Vidadi Musayev, 2,92% payla Samir Cəlilov (İdarə Heyətinin üzvü), 2,36% payla Səbinə İsrafilova, 2,3% payla adları açıqlanmayan şəxslər, 1,55% payla Tahirə Qurbanova, 1,28% payla "Yeni Daşkənd Kredit İttifaqı" MMC, 1,26% payla İlham İsrafilov, 1,03% payla "Astanlı Kredit İttifaqı" MMC (ləğv prosesindədir) və 0,21% payla "Azərbaycan Kredit İtifaqları Assosiasiyası" İctimai Birliyidir. 

Son xəbərlər

Orphus sistemi