Gəmiçilikdə əmək haqları artırılıb

Gəmiçilikdə əmək haqları artırılıb Bakı. 19 mart. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Novruz bayramı ərəfəsində Gəmiçilikdə çalışan üzən heyət və fəhlələrin əmək haqlarının artırılması ilə bağlı birgə qərar qəbul edib.
Maliyyə
19 Mart , 2018 17:52
Gəmiçilikdə əmək haqları artırılıb

Bakı. 19 mart. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Novruz bayramı ərəfəsində Gəmiçilikdə çalışan üzən heyət və fəhlələrin əmək haqlarının artırılması ilə bağlı birgə qərar qəbul edib.

Bu barədə “Report”a Gəmiçilikdən bildirilib.

Qərara əsasən, 2018-ci il martın 1-dən həmin şəxslərin aylıq vəzifə maaşları 10 faiz artırılıb.

Qeyd edək ki, bu qərar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 8 mindən çox əməkdaşına şamil edilib.

Son xəbərlər

Orphus sistemi