Gələn il Azərbaycanın dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi kəskin artırılacaq

Gələn il Azərbaycanın dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi kəskin artırılacaq 2020-ci ildə Azərbaycanda əməyin ödənişi üzrə xərclərin 6 723,4 milyon manat, pensiya və müavinətlərin ödənişi üzrə xərclərin isə 3 213,4 milyon manat (o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna transfertlərin 1 426,9 milyon manat) təşkil edəcəyi proqnozlaşdırılır.
Maliyyə
13 Sentyabr , 2019 17:16
Gələn il Azərbaycanın dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi kəskin artırılacaq

2020-ci ildə Azərbaycanda əməyin ödənişi üzrə xərclərin 6 723,4 milyon manat, pensiya və müavinətlərin ödənişi üzrə xərclərin isə 3 213,4 milyon manat (o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna transfertlərin 1 426,9 milyon manat) təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Gələn il icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclərin 902,9 milyon manat, ərzaq məhsullarının alınması və təminatı ilə bağlı xərclərin 414 milyon manat, digər sosial yönümlü xərclərin 81,2 milyon manat olacağı nəzərdə tutulub.

Ümumilikdə, büdcənin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 9,9 faiz bəndi artaraq 30,8%-dən 40,7%-ə çatdırılacaq. 

Son xəbərlər

Orphus sistemi