“FINCA Azerbaijan” BOKT-nin aktivləri 61% azalıb

“FINCA Azerbaijan” BOKT-nin aktivləri 61% azalıb “FINCA Azerbaijan” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 61% azalaraq bu il yanvarın 1-nə 8,344 milyon manat təşkil edib.
Maliyyə
23 Avqust , 2019 17:51
“FINCA Azerbaijan” BOKT-nin aktivləri 61% azalıb

“FINCA Azerbaijan” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 61% azalaraq bu il yanvarın 1-nə 8,344 milyon manat təşkil edib.

“Report” bu barədə BOKT-ın maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “FINCA Azerbaijan”ın müştərilərə verdiyi xalis kreditlər isə 70,6% azalaraq 3,828 milyon manata düşüb.

Hesabat dövründə BOKT-ın cəmi öhdəlikləri 95% azalaraq 736 min manat, cəmi kapitalı isə 15% artaraq 7,608 milyon manat olub.

“FINCA Azerbaijan” 2018-ci ili 142 min manat mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 99,2% azdır.

Xatırladaq ki, "Finca Azerbaijan" 1998-ci ildən fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi