Dünyada ödənilən dividendlərin həcmi son 8 ilin minimumuna düşüb

Dünyada ödənilən dividendlərin həcmi son 8 ilin minimumuna düşüb Cari ilin ikinci rübündə dünya boyu ödənilən dividendlərin ümumi həcmi 382 milyard ABŞ dolları təşkil edib ki, bu da 2012-ci ildən sonra ən aşağı həddir.
Maliyyə
24 Avqust , 2020 19:22
Dünyada ödənilən dividendlərin həcmi son 8 ilin minimumuna düşüb

Cari ilin ikinci rübündə dünya boyu ödənilən dividendlərin ümumi həcmi 382 milyard ABŞ dolları təşkil edib ki, bu da 2012-ci ildən sonra ən aşağı həddir.

“Report” FT-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın “Janus Henderson” sərmayə şirkətinin hesablamalarına görə, 2019-cu ilin müvafiq dövrünə nisbətən dividendlərin həcmi 108 milyard dollar, yəni 22 faiz azalıb ki, bu da sözügedən hesablamaların aparıldığı 2009-cu ildən etibarən ən kəskin azalmadır. Həmin azalma koronavirus pandemiyası üzündən dünya boyu satışların və deməli, mənfəətlərin xeyli azalması nəticəsində meydana gəlib.

Yalnız dividendləri azaltmamaq imkanına malik Kanada şirkətləri bu baxımdan müsbət mənada istisna təşkil edib. Əksinə, Avropa daha çox zərərçəkən region oldu. Belə ki, Fransada şirkətlər 2019-cu ilin ikinci rübündə ödədikləri 38,4 milyard dollarlıq dividendə qarşı cari ilin müvafiq dövründə cəmi 13,3 milyard dollar, Böyük Britaniyada isə müvafiq olaraq 34 milyard və 15,6 milyard dollar dividend ödəyiblər.

Orta ssenariyə görə, 2020-ci ildə dividendlərin ümumi həcmi 19 faiz, bədbin ssenariyə görə, 20 faiz azalacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi