Çində kriptovalyuta oğurlamaqda şübhəli bilinən 3 xaker tutulub

Çində kriptovalyuta oğurlamaqda şübhəli bilinən 3 xaker tutulub Bakı. 20 avqust. REPORT.AZ/ Çində 88 mln. ABŞ dolları dəyərində kriptovalyuta oğurlamaqda şübhəli bilinən 3 xaker tutulub.
Maliyyə
20 Avqust , 2018 11:00
Çində kriptovalyuta oğurlamaqda şübhəli bilinən 3 xaker tutulub
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ Çində 88 mln. ABŞ dolları dəyərində kriptovalyuta oğurlamaqda şübhəli bilinən 3 xaker tutulub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar ölkənin Çinin Şensi vilayətinin Sian şəhərində həbs ediliblər. 

Rəqəmsal pulların "yoxa çıxması" ilə bağlı ilk şikayət Çin polisinə bu il martın 30-da daxil olub. Həmin vaxt ölkə vətəndaşlarından biri 1,5 mln. dollarlıq oğurluğa məruz qaldığını bildirib. Polisin araşdırması nəticəsində məlum olub ki, oğurluq halları ilə üzləşmiş xeyli sayda fiziki və hüquqi şəxs var. 

Son xəbərlər

Orphus sistemi