​"Brexit"dən sonra rusiyalılar Böyük Britaniyada əmlak alır

​"Brexit"dən sonra rusiyalılar Böyük Britaniyada əmlak alır Rusiya vətəndaşlarının tələbi bir ayda 29% artıb
Maliyyə
14 İyul , 2016 20:49
​Brexitdən sonra rusiyalılar Böyük Britaniyada əmlak alır

Bakı. 14 iyul. REPORT.AZ/ "Brexit" referendumundan sonra Böyük Britaniyanın daşınmaz əmlak bazarında başlayan ucuzlaşma Rusiya vətəndaşlarının bu sektorda alımlarını kəskin artırmalarına səbəb olub. 

"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat "Knight Frank" daşınmaz əmlak agentliyi və diplomlu qiymətləndiriciləri özündə birləşdirən Krallıq institutu tərəfindən (RİCS) brokerlər arasında aparılan sorğuya əsasən verilib.

"Knight Frank"a görə "Brexit"dən sonra rusiyalıların Britaniyada daşınmaz əmlak tələbi 21% artıb. Artıma səbəb kimi funtun ucuzlaşması və daşınmaz əmlak qiymətlərinin düşməsi göstərilir. Belə ki, "Knight Frank"a görə hazırda tikinti şirkətləri 10%-ə qədər endirimlər təklif edirlər.

"Brexit"in baş verdiyi 24 iyundan etibarən rusiyalıların Britaniyada əmlak alımı 10 mln. funta(13,3 mln. ABŞ dolları) çatıb. Ümumiyyətlə, iyunun son həftəsində tələb 38%, aylıq müqayisədə isə 29% artım göstərib. RİCS-in baş iqtisadçısı Saymon Rubinsonun açıqlamalarına görə, Britaniyanın əmlak bazarında fəallığın yaxın aylarda davam etməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi