Bakı Fond Birjasında daha 30 mln. manatlıq istiqraz emissiyası yerləşdirilib

Bakı Fond Birjasında daha 30 mln. manatlıq istiqraz emissiyası yerləşdirilib Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 30 mln. manat həcmində, 728 gün tədavül müddəti olan dövlət ortamüddətli istiqrazlarının (DOİ, AZ0105003641) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
21 Noyabr , 2017 17:23
Bakı Fond Birjasında daha 30 mln. manatlıq istiqraz emissiyası yerləşdirilib
Report

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 30 mln. manat həcmində, 728 gün tədavül müddəti olan dövlət ortamüddətli istiqrazlarının (DOİ, AZ0105003641) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan "Report"a bildirilib ki, hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 95,6262 (14,6000%)-105,3380 manat (9,0233%) olan 20 sifariş təqdim edilib.

Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,0000 manat (12,0000%), ortaölçülmüş qiymət isə 100,6401 manat (11,6321%) səviyyəsində müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54 876,2 min manat, yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edib.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi 19 noyabr 2019-ci ildir. Hərrac iştirakçıları 22 noyabr 2017-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidir. 

Son xəbərlər

Orphus sistemi