“Azsığorta” ötən ili 3 mln. manatdan artıq xalis zərərlə başa vurub

“Azsığorta” ötən ili 3 mln. manatdan artıq xalis zərərlə başa vurub Bakı. 31 mart. REPORT.AZ/ “Azsığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 61,01 mln. manat təşkil edib.
Maliyyə
31 Mart , 2018 09:30
“Azsığorta” ötən ili 3 mln. manatdan artıq xalis zərərlə başa vurub

Bakı. 31 mart. REPORT.AZ/ “Azsığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 61,01 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 0,9% çoxdur.

2017-ci ildə “Azsığorta”ın cəmi öhdəlikləri 15,2% artaraq 31,126 mln. manata çatıb, cəmi kapitalı isə 10,6% azalaraq 29,883 mln. manata düşüb.

Ötən il “Azsığorta”nın gəlirləri 31,325 mln. manat (əvvəlki ilə nisbətən 8,6% çox), xərcləri isə 34,390 mln. manat (32,4% çox) təşkil edib. Son nəticədə şirkət 2017-ci ili 3,065 mln. manat xalis zərərlə başa vurub. Halbuki “Azsığorta” 2016-cı ildən 2,299 mln. manat xalis mənfəətlə çıxmışdı.

Son xəbərlər

Orphus sistemi