“Azinvestkredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 33 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 4,1 dəfə çoxdur.
Ötən il “Azinvestkredit”in vergiyəqədərki mənfəəti 41 min manat (əvvəlki ilə nisbətən 4,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 8 min manat (4 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Azinvestkredit”in aktivləri 554 min manat olub ki, bu da illik müqayisədə 31,6% çoxdur. Bunun 545 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 35,9% böyüyüb.
Hesabat dövründə “Azinvestkredit”in öhdəlikləri dəyişməyərək 13 min manat qalıb, balans kapitalı isə 32,6% artaraq 541 min manata, o cümlədən nizamnamə kapitalı 25% artaraq 500 min manata çatıb.
Xatırladaq ki, “Azinvestkredit” 2013-cü ildə yaradılıb. BOKT-un təsisçiləri hər biri 50% payla Əkbər İsmayılov və Tamara İsmayılovadır.